A
+Gələn ilin yayından etibarən birdəfəlik istifadə üçün nəzərdə tututan elektron siqaretlərin satışı qadağan ediləcək.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti qərar verib.
İngiltərənin Ətraf Mühit, Ərzaq və Kənd İşləri Departamenti (DEFRA) ötən gün parlamentdə birdəfəlik elektron siqaretlərin satışını qadağan edən yeni qanun layihəsinin müzakirə olunduğunu təsdiqləyib.
Həmçinin bildirilib ki, şirkətlərin hazırda anbarlarında olan məhsullarını satmaq üçün yetəri qədər zamanları olacaq.
Hökumət qadağanın 2025-ci il iyunun 1-dən başlayacağını təsdiqləyib.