"McDonald's"-da kütləvi zəhərlənmə -  Ölən var

"McDonald's"-da kütləvi zəhərlənmə - Ölən var

25-10-2024, 10:10
-

A

+

“McDonald's” burgerlərində bişməmiş soğanın səbəb olduğu iddia edilən bağırsaq çöpü epidemiyasına görə məhkəməyə verilib. 
Soz.az “Reuters”ə istinadən xəbər verir ki,  iddia ərizəsində Kolorado sakinini oktyabrın 4-də restorana getdikdən sonra özünü pis hiss edib. Müayinə üçün xəstəxanaya müraciət edən şəxsin analiz cavablarında bağırsaq çöpü olduğu ortaya çıxıb. 
O, “McDonald's” işçilərinin yemək hazırlayarkən səhlənkarlıq etdiklərini bildirərək 50 min dollardan çox təzminat tələb edib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, burger yedikdən sonra bağırsaq çöpü epidemiyasına görə bir nəfərin ölüb, on nəfər isə xəstəxanaya yerləşdirilib. 
Ümumilikdə 50-dən çox şəxsdə zəhərlənmə əlamətləri ortaya çıxıb. 
“McDonald's” tərəfindən aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, sözügedən xəstəliyə səbəb düzgün bişirilməmiş soğan ola bilər. 
Hadisədən sonra şirkət ABŞ-dakı restoranlarının 20 faizinin menyusundan “Royal Cheeseburger”-i çıxarıb.
Bildirilib ki, oktyabrın 23-də kütləvi zəhərlənmədən sonra “McDonald's”-ın ABŞ-dakı səhmləri bir anda 10 faiz ucuzlaşıb. 

yuxarı