İnsanlar 2050-ci ildə belə görünəcək - FOTOLAR

İnsanlar 2050-ci ildə belə görünəcək - FOTOLAR

Dünən, 14:29
-

A

+

Hazırkı gənclərin gecə ərizndə cəmi altı saat yatacaqları təqdirdə 2050-ci ildə necə görünəcəkləri ilə bağlı görüntü yayılıb. 

Söz.az “Mirror”-a istinadən xəbər verir ki, yuxu mütəxəssisi Sofi Bostok  bununla bağlı "Hanna" adlı personaj yaradıb. 

Bildirilib ki, “Hanna”erkən qocalma, saç tökülməsi və digər sağlamlıq problemlərini əhatə edə bilən xroniki yuxu çatışmazlığının təsirlərindən əziyyət çəkən qadının vizual görüntüsüdür. 

Mütəxəssi Z nəslinin yorğunluq epidemiyasının ortasında olduğunu söyləyib. 

Tədqiqatlar göstərib ki, yuxu olmaması sirkadiyalı ritmləri pozaraq sağlamlığın bir çox aspektlərinə təsir edir.

Xroniki yuxu çatışmazlığı piylənmə, ürək, 2-ci tip diabet kimi xəstəliklərin inkişaf riskini artırır. 

"Hanna"-nin görünüşü yuxu çatışmazlığının bədənə, o cümlədən beyinə, immunitet sisteminə, dəriyə, saçlara və əzələlərə necə təsir etdiyini göstərən elmi araşdırmaya əsaslanır.

Bununla belə, ondan çəkinmək lazım deyil. Əslində, bu qorxulu qadın ingilis yataq otağı mebel pərakəndə satışı üçün reklam inteqrasiyasının bir hissəsidir.


yuxarı