Azərbaycanda 8 dərəcəyədək şaxta qeydə alınıb

Azərbaycanda 8 dərəcəyədək şaxta qeydə alınıb

Bu gün, 10:21
-

A

+

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən, yağmursuz keçib, bəzi yerlərdə güclü qərb küləyi əsib.

Milli Hidrometrologiya Xidmətindən Söz.az-a verilən məlumata görə, küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s olub. Bu narıncı xəbərdarlığa uyğundur.

Küləyin sürəti Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib. Bu isə sarı xəbərdarlığa uyğundur.

Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.


yuxarı