İnsanları Aya köçürürlər

İnsanları Aya köçürürlər

23-12-2024, 08:13
-

A

+

Yaponiyanın "Kajima" korporasiyası Kyoto Universiteti ilə birlikdə yaxın onillikdə "Neo Lunar Glass" stansiyasının yerüstü prototipini qurmaq niyyətindədir. 

Söz.az "Japan Today"-ə istinadən xəbər verir ki, bunun sayəsində Ayın səthində Yerə bənzər cazibə qüvvəsi yaratmaq mümkün olacaq.

Məlumata görə, bu texnologiya insanlara Ayın səthində yaşamağa imkan verəcək.

Kyoto Universitetinin professoru Yosuke Yamaşiki bildirib ki, bu layihə yapon elmi tərəfindən əhəmiyyətli texnoloji sıçrayış tələb edir, lakin onlar buna nail olmağa və kosmik koloniyalara yol açmağa çalışacaqlar.

Məlumata görə, Ayda tanış yer qravitasiyası yaratmaqla insan orqanizminin sümük və əzələ kütləsini itirməsi problemini həll etmək mümkün olacaq.

Tədqiqatçılar həmçinin "Neo Lunar Glass"-ın dizaynını 10 min insanın yerləşə biləcəyi tərzdə hazırlamağı təklif ediblər.

Stansiyanın təxmini diametri 200 metr, hündürlüyü isə 400 metr olacaq.


yuxarı