A
+Bu il Azərbaycanda 3 nəfər övladına “X”, 1 nəfər isə “D” adı qoymaq üçün müraciət edib.
Soz.az xəbər verir ki, bu haqda “Xəzər Xəbər”ə Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib.
Onun sözlərinə görə, övladına bu adları qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar.
Sayalı Sadıqova qeyd edib ki, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir.
Qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.
Daha ətraflı videomaterialda: