A
+Türkiyədə “Cinayət təşkilatı yaratmaq və idarə etmək”, “cinsi zorakılıq və təcavüz”, “təhsil və təhsil hüququnun qarşısının alınması”, “şəxsi azadlıqdan məhrum etmə” cinayətlərinə görə həbs olunan təriqət lideri Adnan Oktarın ən azı 2 milyard lirə dəyərində olduğu düşünülən əmlakları və avtomobilləri dövlətin hesabına keçib.
Soz.az Türkiyə KİV-nı istinadən xəbər verir ki, müsadirə edilənlər arasında Adnan Oktarın mütəşəkkil cinayət qrupunun istifadə etdiyi 61 lüks avtomobil və 17 villa var.
Qeyd edək ki, Adnan Oktar ümumilikdə 8 min 463 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.