A
+Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yas məclislərində ehsan üçün yemək verilməsini tənqid edib.
Soz.az xəbər verir ki, musiqiçi bununla bağlı “İnstagram” hesabında paylaşım edib.
“Allah dünyadan köçənlərimizə rəhmət eləsin. Bir stəkan çay belə ehsandır. Onsuzda əzizini itirən şəxs yetərincə əziyyət çəkir. Elələrini tanıyıram ki, hətta borc edib, aylarla qaytara bilməyib. Düzgün anlayışa görə minnətdaram”, - deyə H.Məhəmmədoğlu bildirib.