Netanyahu Qəzzada 2 günlük atəşkəsə niyə razı olmadı?

Netanyahu Qəzzada 2 günlük atəşkəsə niyə razı olmadı?

28-10-2024, 07:44
-

A

+

İsrailin Baş naziri Benyamin Netanyahu Misir prezidenti Əbdülfəttah Əs-Sisinin təklif etdiyi Qəzzada qısamüddətli atəşkəsi rədd edib.
Soz.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. 
Bildirilib ki, İsrail hökumətində əksər nazirlər Misirin təklifini dəstəkləsələr də, Netanyahu buna qarşı çıxıb.
Netanyahu əsir mübadiləsi ilə bağlı danışıqların yalnız Qəzzaya hücumlar davam etdiyi müddətdə davam edəcəyini deyib.  
İsrail təhlükəsizlik qüvvələrinin də Misirin təklifini dəstəklədiyi diqqət çəkib.
Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah Əs-Sisi İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında saxlanılan 4 israilli əsir və bəzi fələstinlilərin mübadiləsi üçün iki günlük atəşkəs təklif edib. 

yuxarı