A
+Ukraynada prezident seçkiləri münaqişə bitdikdən dərhal sonra keçiriləcək.
Soz.az RT-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak açıqlama edib.
Onun sözlərinə görə, Zelenski bütün hərbi qulluqçuların və qaçqınların seçkilərdə səs verə bilməsini istəyir.
Qeyd edək ki, Yermak bundan öncə bildirib ki, Ukraynada nizamlanma üzrə danışıqlar üçün 2022-ci ilin ərazi sərhədlərinə qayıtmaq lazımdır.