Paşinyanın Azərbaycanla sülhə dair təklifləri

Paşinyanın Azərbaycanla sülhə dair təklifləri

Dünən, 16:29
-

A

+

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sabitliyin təmin edilməsi və Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb.

Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə teleqram kanalında paylaşım edib. 

Onun təkliflərinə aşağıdakılar daxildir:

-eskalasiya yarada biləcək nitqdən qarşılıqlı imtina;

-Qızılhacılı-Aşağı Əskipara hissəsində həyata keçirilən delimitasiya təcrübəsi əsasında delimitasiya prosesini davam etdirilməsi;

- 90 faiz hazır olan sülh müqaviləsinin imzalanması;

- “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi;

- atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə birgə mexanizmin tətbiq edilməsi;

- itkin düşmüş şəxslərin taleyinin araşdırılması məsələsinin həlli üzrə intensivliklə çalışmaq;

- qarşılıqlı tələblərdən, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina edilməsi;

- sülh müqaviləsinin müddəalarının tam və effektiv həyata keçirilməsi üzərində işləmək;

- silahlara qarşılıqlı nəzarətə dair danışıqlar mexanizminin formalaşdırılması;

- sülhə nail olduqdan sonra birgə ekspert komissiyası yaratmaqla hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək;

- ATƏT-in Minsk Qrupunun buraxılması.


yuxarı