A
+Çində kosmos və aviasiya şirkəti 2027-ci il üçün planlaşdırılan kosmik turizm ekspedisiyasının biletlərini satışa çıxarıb.
Soz.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət hər biri 1,5 milyon yuana olan (210 min dollar) iki bilet satıb.
"Deep Blue Aerospace" adlı şirkət ölkədə kosmos turizmi ilə bağlı bilet satan ilk şirkət olub.
Şirkət 12 dəqiqəlik kosmos səfərinin ən azı 5 dəqiqəsində sərnişinlərin atmosferdən kənarda çəki hissini itirmələrini təmin edəcək.
Yenidən istifadə edilə bilən raket texnologiyasının köməyi ilə bu cür kosmosa səyahətlərin gələcəkdə xeyli ucuzlaşacağı proqnozlaşdırılır.
Şirkət gələn ay ekspedisiya üçün daha çox bilet satmağı planlaşdırır.