A
+Milyonçu sevimli iti, eşikağası və aşpazına 100 milyon dollardan çox sərvət qoyub.
Soz.az xarici KİV-ə istinadən xəbər verir ki, hindistanlı iş adamı Ratan Tata 86 yaşında Mumbayda vəfat edib.
Ölümündən sonra məlum olub ki, milyonçunun sərvəti sevimli iti, eşikağası, baş köməkçisi və aşpazına miras alacaq.
Milyonçunun qardaş və bacıları mülkün yalnız bir hissəsini alacaqlar.
Vəsiyyətnamədə həmçinin qeyd olunub ki, ev heyvanına məhdudiyyətsiz qayğı göstərilməlidir.
Milyonçu həyatı boyu heyvanlara olan sevgisi ilə tanınıb. O, evli olmayıb və övladı yoxdur.
Ratan Tata karyerasına 1967-ci ildə indi Tata kimi tanınan TISCO ailə biznesində başlayıb. O, 1991-ci ildən şirkət imperiyasını əlinə alıb.
İllər keçdikcə duz və polad istehsalı ilə məşğul olan müəssisə 100-dən çox şirkəti birləşdirən qrupa çevrilib.