Bu ölkənin keçmiş prezidentinin maşını güllələndi - VİDEO

Bu ölkənin keçmiş prezidentinin maşını güllələndi - VİDEO

28-10-2024, 13:15
-

A

+

Boliviyada ölkənin keçmiş prezidenti Evo Moralesə qarşı sui-qəsd edilib. 
Soz.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər eks prezidentin avtomobilini təqib etməyə başlayıb, daha sonra ona atəş açıblar.
Avtomobilə 14 güllə dəyib, keçmiş dövlət başçısının sürücüsü yaralanıb. 
Evo Morales və avtomobildəki qadın xəsarət almayıb. 
Morales özü bildirib ki, ona polis geyimində olan naməlum şəxslər hücum ediblər. O, Daxili İşlər Nazirliyinin rəhbərinin işdən çıxarılmasını  istəyib və sui-qəsdin təşkilində Boliviyanın hazırkı prezidenti Luis Arseni ittiham edib.

yuxarı