A
+"Starbucks" şirkəti canlandırmaq planının bir hissəsi olaraq mart ayında korporativ komandasını ixtisar edəcəyini bildirib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət filiallarında çalışan baristaların ixtisarlardan təsirlənməyəcəyini bildirib.
"Təəssüf ki, ixtisar edəcəyimizi və dəstək qruplarımızdakı əməkdaşların sayını azaldacağıq. Bu iş mağazadaxili komandalarımıza və ya mağaza saatlarında investisiyalarımıza təsir etməyəcək. Dəyişiklikləri martın əvvəlində bildirəcəyik", - deyə şirkətin açıqlamasında qeyd edilib.