A
+Bir qrup Yaponiya sakini “Facebook”-da yerləşdirilmiş saxta reklamlara görə “Meta Platforms Inc”-ə qarşı 2,8 milyon dollarlıq iddia qaldırıb.
Soz.az xəbər verir ki, bu barədə Kyodo məlumat yayıb.Bildirilib ki, sosial şəbəkədə məşhur şəxslərin saxta görüntülərini yerləşdirərək istifadəçiləri investisiya yatırmağa cəlb edən reklam yerləşdirilib.
İddialar Osaka, Kobe, Yokohama, Çiba və Saitama məhkəmələrinə verilib. Yapon ekvivalentində dəymiş ziyanın ümumi məbləği 30 milyon yen olaraq qiymətləndirilir.
İddiaçıların fikrincə, “Meta” öz platformalarında bu cür reklamların yayılmasına qarşı effektiv mübarizə aparmır.