A
+Xalq artisti Gülyaz Məmmədova evində bir neçə pişik saxladığını açıqlayıb.
Söz.az OLAY-a istinadən xəbər verir ki, bu haqda onun bacısı, Xalq artisti Gülyanaq Məmmədova qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Gülyanaq deyib ki, bu səbəbdən bacısının evinə getmir:
“Qayınanalar nəvə oynadan yaşda nəvə olmursa, pişik oynadır. Gülyazın evində pişiklər var: ana, ata, balalar. Hətta xonça ilə gedib pişiyi evləndirib”.
Bacısının bu sözlərinə G.Məmmədova “Oğlumun 30 yaşı var. Evlənməyə gecikib. Amma özü tapıb evlənəcək. Uşağı 20 yaşında evləndirmək lazımdır” cavabını verib.