A
+Fransada Emmanuel Makronun üçüncü müddətə prezidentliyə namizəd olmaq üçün dövlət çevrilişi etmək niyyətində olduğu açıqlanıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir ittihamla Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot çıxış edib.
Filippo "France Info"-da yayımlanan xəbərinə diqqət çəkib.
Xəbərdə Makronun Riçard Ferranı Konstitusiya Şurasının rəhbəri təyin etmək qərarı ilə üçüncü müddətə ölkə prezidenti seçilməsi fikirləri arasında əlaqənin olduğu iddia edilib.
Ferranın təyinatı müvafiq qanunvericilik qadağasını aradan qaldırılarsa, bu, Makrona üçüncü prezidentlik müddətinə namizəd olmaq şansı verəcək.
"Onun təyinatı heç də təsadüfi deyil! Makron dövlət çevrilişinə hazırlaşır", - deyə Filippo "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Filippo yanvarın 26-da həmçinin bildirib ki, Fransa mümkün qədər tez Avropa İttifaqından çıxmalıdır. Eyni zamanda, o, Aİ-nin tətbiq etdiyi anti-Rusiya sanksiyalarının ləğvinin zəruriliyindən də danışıb.
Filippotun fikrincə, bu məhdudiyyətlər yalnız Fransanın özünü zəiflədir.