A
+Çempionlar Liqasının rəsmi səhifəsi “Barselona”nın ulduzu Lamin Yamalın “Qızıl top” mərasiminə gəlişini Azərbaycan mahnısı ilə paylaşıb.
Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, gənc ulduzun mərasimin keçirildiyi zala daxil olduğu görüntülərdə Sara Qədimovun “Pıçıldaşın, ləpələr” mahnısı yer alıb.
Mahnının musiqisi isə Andrey Babayevə məxsusdur.