İki təyyarə toqquşdu - Ölən var

İki təyyarə toqquşdu - Ölən var

11-02-2025, 08:24
-

A

+

ABŞ-ın Arizona ştatında Skottsdeyl hava limanına eniş edən təyyarənin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb. 

Söz.az xəbər verir ki, bu barədə “Reuters” ABC15-ə istinadən məlumat yayıb.

Hadisəyə səbəb təyyarənin uçuş-enmə zolağından çıxaraq başqa bir təyyarəyə çırpılması olub.

"Biz təyyarədə neçə nəfərin olduğunu bilmirik. Müvəqqəti olaraq hava limanına uçuşları dayandırır", - deyə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) bəyanatında qeyd edilib.

Hadisənin baş verdiyi uçuş-enmə zolağı hazırda bağlıdır.


yuxarı