A
+Norveçin paytaxtı Osloda tramvayın relsdən çıxması nəticəsində 4 nəfər xəsarət alıb.
Söz.az xəbər verir ki, bu barədə VG qəzeti məlumat yayıb.
Bildirilib ki, tramvay relsdən çıxaraq paytaxtın mərkəzindəki mağazaya çırpılıb. Qəza zamanı vaqonda 20 nəfər olub.
Xəsarət alanlar arasında tramvay sürücüsü də var. Yaralılardan biri xəstəxanaya yerləşdirilib.
Hazırda polis hadisə yerindədir və hadisənin təfərrüatlarını araşdırır.
Bütün zəruri istintaq tədbirləri tamamlanana qədər tramvayın qəzaya uğradığı bina mühasirəyə alınacaq.