Bakıda erməni başqasının əmlakını taladı

Bakıda erməni başqasının əmlakını taladı

29-10-2024, 22:08
-

A

+

Bakıda erməni əsilli vətəndaş inzibati məsuliyyətə cəlb edilib.

Söz.az Qaynarinfo-ya istinadən məlumatına görə, Avokyan Artur Avakoviç barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

227-ci maddə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqla bağlıdır.

Maddədə inzibati cəza növü kimi 160 saatdan 248 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur.

İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Günel Səmədova iş üzrə hakim təyin edilib.

yuxarı