Maaşlar artacaq - ŞAD XƏBƏR

Maaşlar artacaq - ŞAD XƏBƏR

30-10-2024, 10:23
-

A

+

"Həkimlərin əməkhaqqının artırılması ilə bağlı ümidlər var". Bu fikirləri Oxu.Az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

"İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqqının artırılması real olur. Biz onu artıq görürük".

O bildirib ki, nazirlik əməkhaqqının artırılmamış sahələr üzrə artırılması istiqamətində addımlar atır: "Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır".

yuxarı