389 min dollarlıq pendir oğurlandı

389 min dollarlıq pendir oğurlandı

30-10-2024, 10:47
-

A

+

Londonda oğrular “Neal's Yard Dairy” pendir fabrikindən əl işi olan 950 pendiri oğurlayıblar. 
Söz.az “The Washington Post”-a istinadən xəbər verir ki, fabrikə dəyən zərərin məbləği 389 min dollardan çox olub.
Ehtimal olunur ki, pendirlərin qiymətinin  yüksək olması oğruları cəlb edib.  
Oğurlanan pendirlər arasında hazırda Böyük Britaniyada ən çox axtarılan “Hafod Welsh”, “Westcombe” və “Pitchfork” çedarı var. 
Məhsulların qiyməti 300 qram üçün 7 funt-20 funt sterlinq arasında dəyişir.
“Neal's Yard Dairy”-nin nümayəndələri bildiriblər ki, fırıldaqçılar özlərini böyük fransız şirkətinin rəsmi distribyutoru kimi təqdim ediblər. Şirkət rəsmiləri aldandıqlarını məhsul göndərildikdən sonra anlayıblar.
“Neal's Yard Dairy” hazırda oğruları tapmaq üçün polislə birgə işləyir.

yuxarı