A
+Diyarbakırdə itdikdən 19 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın atası Arif Güran qətllə bağlı ilk dəfə danışıb.
Söz.az “haberturk”ə istinadən xəbər verir ki, A.Güran övladının ölümündə kimdən şübhələndiyini açıqlayıb.
O, qatilin qonşuları Nevzat Bahtiyar olduğunu iddia edərək, “Həm canımı alırlar, həm də oğlumu, həyat yoldaşımı və qardaşımı həbs edirlər” deyib. Bununla da o, həbs edilən ailə üzvlərini müdafiə edib.
Arif Güran “Nevzat Bahtiyarla aranızda düşmənçilik olubmu?” sualına belə cavab verib:
"Əvvəlcə varidi. Bu hadisə baş verməmişdən 10-15 gün əvvəl onunla aramdakı maşın alverində artıq anlaşılmazlıq yarandı. Şahidlər var. Həmin vaxt orada bir az kəkələdi. Mən də buna görə ona lağ etdim. Qətli buna görə törədib”.
Qeyd edək ki, Narin Güranın qətli ilə bağlı iddianamədə şübhəlilər arasında olan anası Yüksel, qardaşı Enes, əmisi Selim Güran və qonşusu Nevzat Bahtiyar üçün ömürlük həbs istənilir.