A
+Rusiyanın Buryatiya Respublikasının şimalında, Baykal-Amur magistral xəttinin yaxınlığında zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, 4,1 bal gücündə olan zəlzələ Severo-Baykal bölgəsinin Xolodnoye kəndindən 26 km şimal-qərbdə qeydə alınıb.
Xatırladaq ki, bu gün ABŞ-ın Oreqon ştatında 5,8 bal gücündə zəlzələ baş verib.
\\Publika.az