A
+Qadın xəstəxanada uşaq həkimini çaynik və qayçı vurub.
Söz.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Məlumata görə, həkim baş, boyun, üz və kürək nahiyələri də daxil olmaqla ümumilikdə 12 xəsarət alıb.
Qadının həkimin kabinetinə girərək qapını bağladığı, daha sonra ona hücum edərək döyməyə başladığı qeyd edilib.
Lakin həkim təhlükəsizlik düyməsini basaraq xəstəxananın mühafizəsini köməyə çağırıb.
Daha sonra xəstəxananın əməkdaşları otağın qapısını açaraq, qadını nəzarətə götürüb və polis çağırıblar. Dindirilmə zamanı azyaşlının anası övladının reanimasiya şöbəsində müalicə zamanı qolunun sındırıldığını iddia edib.
Qadın dindirildikdən sonra məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Lakin İstanbul Səhiyyə İdarəsi və Baş Prokurorluq bu qərara qarşı çıxıb.