A
+Tütün məmulatları satan dükana daxil olan 18 yaşdan kiçik iki qız siqaretin qiymətini soruşduqdan sonra piştaxtaya yaxınlaşaraq rəqs ediblər.
Söz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulda yaşanıb.
Mağazaya müştəri kimi daxil olan qızlardan biri satıcı ilə mübahisə edib, ona şillə vuraraq qaçıb.
Mağaza satıcısı ona yumruq atan yeniyetmənin arxasınca qaçarkən, digər qız piştaxtanın üzərindəki telefonu oğurlayıb.
Baş verənləri təhlükəsizlik kamerası qeydə alıb.