A
+Bu gün DİN-in Polis Akademiyasında Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq DİN-in Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbiçiləri ilə Akademiyanın kursantları arasında görüş keçirilib.
Söz.az News24.az-a istinadən bildirir ki, Vətən müharibəsi iştirakçıları müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və rəşadətini əks etdirən tarixi anları kursantlarla bölüşüblər.
Hərbçilər Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlərin, yürüdülən uzaqgörən siyasətin, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini, Vətən müharibəsi dövründə xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdiyini, ordumuzun misli görünməmiş qəhrəmanlıq və mərdliklə vuruşduğunu bildiriblər. Həmçinin torpaqlarımızın azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, güc və qüvvət dilədiklərini, Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanmasından qürur və fəxarət hissi keçirtdiklərini qeyd ediblər.