Təhlükə artır! Meymun çiçəyi virusu sürətlə yayılır

Təhlükə artır! Meymun çiçəyi virusu sürətlə yayılır

1-11-2024, 08:29
-

A

+

Afrikada meymun çiçəyi xəstələrinin sayı sürətlə artır. 2024-cü ildə yoluxmaların sayı ötən illə müqayisədə 500 faizdən çoxdur. 

Söz.az “Reuters”-ə istinadən xəbər verir ki, eyni zamanda meymun çiçəyinin yayılma ərazisi də genişlənib. 

Ən çox yoluxanlar Mərkəzi Afrikadadır. Bu, yoluxma ümumi sayın 85,7 faizini təşkil edir.

Bu bölgədə təhlükəli virusa yoluxan xəstələrin hamısı ölüb. 

Xatırladaq ki, ÜST sentyabrın 13-də dünyada meymun çiçəyinə qarşı ilk peyvəndi təsdiqləyib. Dərman Danimarkada hazırlanıb və təcili olduğu üçün klinik sınaqlar daha yüngül versiyası üzərində keçirilib.

Meymun çiçəyi ilk dəfə iki il əvvəl aşkar edilib və bu müddət ərzində 100 mindən çox insan virusa yoluxub.



yuxarı