Məscidi yandırdılar

Məscidi yandırdılar

1-11-2024, 14:03
-

A

+

Fransanın şimalında məscid yandırılıb.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da Amiens şəhərinin Viktorina Otier küçəsində baş verib. 

Kimliyi bəlli olmayan şəxs Assounna məscidinin darvazasını yandırıb. 

Məscidin idarəçiliyindən məsul olan dərnək bunu irqçi hücum adlandırıb və polisə şikayət edib.

Dərnəyin vitse-prezidenti Bilel Furtado yanğınla bağlı bunları deyib: “Səhər namazı üçün məscidə gələnlər tüstü iyini hiss ediblər. Ərazidən alışan alətlər tapılıb. Bu qəsdən törədilmiş hücumdur”.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



yuxarı