A
+İranda İslam Azad Universitetinin tələbəsi etiraz əlaməti olaraq soyunub.
Söz.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Tələbə qız Tehranda təhsil ocağının həyətində alt paltarı ilə gəzib.
Tələbə nəşri olan "Amir Kabir Newsletter"-in məlumatına görə, o, bu hərəkəti “Bəsic” hərbiləşdirilmiş qrupunun üzvləri tərəfindən hicab düzgün geyinmədiyinə görə təqiblərə məruz qaldıqdan sonra edib.
Tələbə qız həbs zamanı döyülüb.