Faciə yaşandı! Çox sayda ölü var

Faciə yaşandı! Çox sayda ölü var

4-11-2024, 08:10
-

A

+

İndoneziyanın Flores adasında vulkan püskürməsi baş verib. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 9 nəfər həyatını itirib.

Püskürmədən sonra lavanın çatdığı kənddə bir neçə ev, o cümlədən monastır yanıb.

Səlahiyyətlilərin sözlərinə görə, ölənlər arasında rahibə də var.  

Qeyd edək ki, "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.



yuxarı