A
+Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında 4,9 baş gücündə zəlzələ baş verib.
Söz.az xəbər verir ki, bu barədə dövlət geoloji xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı yerin 35 km dərinliyində olub.
Yeraltı təkanların episentri Vellinqtondan 80 km qərbdə yerləşən Pikton qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.
Dağıntı və ölənlər barədə məlumat verilməyib.