A
+Türkiyəli məşhur müğənni Linet köməkçisi tərəfindən soyğuna məruz qalıb.
Söz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə sənətçi özü danışıb.
"Maddi və mənəvi oğrular əsəblərimizə toxunur. Bu, insanın evi, şəxsi həyatı, həqiqətən inandığınız və dəstəkləmək istədiyiniz insanlar, işçiniz olsa da eynidir. Bu yaxınlarda hadisə ilə bağlı polisə müraciət etdik. Yaxşı nəticə alacağıq. Təbii ki, bundan sonra heç kimə 100 faiz etibar etməyəcəyik.Gözümüz hər şeyin üstündə olmalıdır", - deyə Linet açıqlamasında bildirib.