A
+Vergi orqanları Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun hesablarını borclarına görə bağlayıb.
Söz.az xəbər verir ki, Həsənova məxsus “Banda Foods” MMC-nin 800 min rubldan çox vergi borcu var.
"Artplast" ticarət şirkətinin keçmiş ortaqlarının iddiasına görə məhkəmə "Banda Foods"u 103 min rublu geri qaytarmaqla bağlı qərar qəbul edib.
Ümumilikdə, Həsənovun şirkəti hazırda 835 min rubl məbləğində dörd icra prosesi ilə üz-üzədir.