A
+Peruda 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentrinin təxminən 41,5 min insanın yaşadığı Huancavelica şəhərindən 30 kilometr cənub-qərbdə olduğu bildirilir. Seysmik hadisənin mənbəyi 79 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.