A
+Əfqanıstan hakimiyyəti son üç ildə cadugərlikdə şübhəli bilinən 200-dən çox adamı həbs edib.
Söz.az “Tolo TV”-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Əxlaqın Təbliği və Pisliyin Qarşısının Alınması Komitəsi məlumat yayıb.
"Son üç il ərzində 200 nəfər həbs edilib, son üç ayda isə bu rəqəmə ölkənin cənub və şimal bölgələrindən daha 6 nəfər əlavə edilib", - deyə bildirilib.
Yerli sakinlər də həmin şəxslərin həbsini dəstəkləyib və ailə problemlərinin səbəbi cadugərliklə əlaqələndiriblər.
Eyni zamanda, bir sıra din alimləri məscidlərdə moizə oxumaqla, eləcə də KİV-də dərc olunan məqalələrlə cadugərləri ziyarət etməyin təhlükələri barədə sakinləri maarifləndirməyə çağırıblar.