A
+Son zamanlar Britaniya kral ailəsi ilə bağlı xəbərlər ürəkaçan deyil.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, xərçəng xəstəsi olan kral III Çarlzın səhhəti ağırlaşıb və o, getdikcə daha çox yeməkdən imtina edir.
İndi isə məlub olub ki, onun həyat yoldaşı, 77 yaşlı Kamilla səhhətinə görə qarşıdan gələn qastrolları və ictimai çıxışlarını ləğv edib.
Sarayın rəsmi məlumatına görə, ona ağır ağciyər infeksiyası diaqnozu qoyulub.
Bildirilib ki, həkimlər ona bir neçə günlük istirahət tövsiyə ediblər. Bununla belə, kraliça bəzi mühüm tədbirlərdə iştirak etmək üçün mümkün qədər tez sağalmağa ümid edir.
Qarşıdan gələn görüşlərdə III Çarlzı kiçik bacısı Şahzadə Anna müşayiət edəcək.