Sumqayıtda qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlandı

Sumqayıtda qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlandı

6-11-2024, 08:13
-

A

+

Sumqayıtda 29 yaşlı qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Söz.az “Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


yuxarı