A
+5,1 maqnitudalı zəlzələ baş verib.
Söz.az xəbər verir ki, Papua-Yeni Qvineyaya məxsus Buqenvil adasının şərq sahillərindəki zəlzələ ilə bağlı Avstraliya Dövlət Geoloji bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Buqenvil adasının 140 mindən çox insanın yaşadığı Arava bölgəsinin ən böyük şəhərindən 38 km məsafədə qeydə alınıb.
Zəlzələ ocağı yerin 130 km dərinlikdə yerləşib.
Xəsarət və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.