A
+Moskva-Surqut reysi ilə uçan qadın sərnişin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib.
Söz.az REN TV-yə istinadən xəbər verir ki, sərxoş qadın təyyarənin salonunda qaçaraq stüardessalara qarşı nalayiq ifadələr işlədib. Hətta yanında azyaşlı qızının olması da ona mane olmayıb.
Surquta çatdıqdan sonra aqressiv sərnişin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılsa da, o, onlara da hücum edib.
Hüquq-mühafizə orqanının əməkdaşı bildirib ki, qadın əvvəllər dəfələrlə cinayət və inzibati məsuliyyətə cəlb edilib.
Tibbi ekspertiza sərişinin sərxoş olduğunu təsdiqləyib. Onun barəsində üç inzibati xəta haqqında protokol tərtib edilib.
Uşaq atasına təhvil verilib, cinayəti törədən şəxs saxlanılıb.