A
+Qazaxıstanda “Mi-8” helikopteri sərt eniş edib.
Söz.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qəza zamanı bir nəfər həlak olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Yanğın söndürülüb.
İlkin məlumatlara görə, helikopter Qazaxıstan Müdafiə Nazirliyinə məxsusdur.