Ölümünə 2 gün qalmış onu axmaq adlandırıb

Ölümünə 2 gün qalmış onu axmaq adlandırıb

11-11-2024, 13:08
-

A

+

Böyük Britaniya kraliçası II Yelizaveta 2022-ci ildə ölümündən iki gün əvvəl onun dəfn mərasimi və Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun istefası ilə bağlı zarafat edib. 

Söz.az xəbər verir ki, bu barədə “The Times” “Sunday Times”-ın siyasi şərhçisi Tim Şipmanın “Out” kitabına istinadən məlumat yayıb.

"Yaxşı, heç olmasa indi mən bu axmağın dəfnimi təşkil etməsinə icazə verməyəcəyəm", - deyə kraliça bildirib.

Həmçinin kitabda II Yelizavetanın Consonu “komik fiqur” hesab edərək onun haqqında aşağı fikirdə olduğu da iddia edilib. 

Eyni zamanda, “The Daily Telegraph” kraliçanın belə bir bəyanatla çıxış edə biləcəyinə şübhə ilə yanaşıb. Məsələ ondadır ki, kraliça monarxların dəfn mərasimlərini Baş nazirin deyil, qraf marşalın təşkil etdiyini yaxşı bilib.

Bundan əvvəl Conson özü xatirələrində II Yelizavetanın ölümünün mümkün səbəbini ilk dəfə qeyd edib. Onun sözlərinə görə, o, bir ilə yaxın sümük xərçəngindən əziyyət çəkib.



yuxarı