Həyat yoldaşını öldürən sabiq nazir həbsxanadan qaçıb?

Həyat yoldaşını öldürən sabiq nazir həbsxanadan qaçıb?

11-11-2024, 13:36
-

A

+

Həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilən Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həbsxanada cəza çəkmədiyi, hətta bəziləri onun Qazaxıstanı tərk etdiyi barədə şayiələr yayılıb. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən iddiaya səbəb jurnalistlərin Arşalı kəndindəki həbsxanada olarkən Kuandıq Bişimbayev orada görməməsi olub.

44 yaşlı Bişimbayevin cəzaçəkmə müəssisəsində olmadığı barədə məlumatı onun vəkili də təsdiqləyib. 

Məhkəmə prosesini yaxından izləyən internet istifadəçiləri, o cümlədən Qazaxıstan sakinləri, Bişimbayevin cəzalandırılmayacağından ehtiyat edərək, onun Qazaxıstanı tərk edə biləcəyini bildiriblər. 

Hüquq-mühafizə orqanları isə Bişimbayevin həbsxanada olmamasını inkar edib: “Sosial şəbəkələrdə məhkum Bişimbayevin qaçması ilə bağlı yalan məlumatlar yayılır, bu məlumat reallığa uyğun gəlmir”.

Qeyd edək ki, Kuandıq Bişimbayevin işi internetdə böyük rezonans doğurbu və Qazaxıstanın hüdudlarından kənarda da müzakirə olunub. 2023-cü il noyabrın 8-dən 9-na keçən gecə Kuandıq Bişimbayev həyat yoldaşı, 31 yaşlı Saltanat Nukenovanı döyərək öldürüb. O, onu bir neçə saat döyüb, videoya çəkib və alçaldıb. Saltanatın ölümündən sonra o, cinayətin izini gizlətməyə və istintaqı çaşdırmağa çalışıb. O, təqsirini boynuna almayaraq, məhkəmədə bildirib ki, həyat yoldaşı divara və döşəməyə özünü çırpıb.  


yuxarı