A
+ABŞ-də Kamala Harrisin uğursuzluğundan sonra onun bir çox tərəfdarı sözün əsl mənasında depressiyaya düşüb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhurların bəziləri kömək üçün psixoanalitiklərə müraciət edir, digərləri təcili olaraq ölkədən qaçmaq qərarına gəlib. Hətta ABŞ-nin turoperatorları Amerikadan kənarda sərfəli dörd illik turlar təklif edərək bu vəziyyətdən yararlanıblar.
Müğənnilər Mayli Sayrus, aktrisa Vupi Qoldberg, Harrisin məğlub olacağı təqdirdə kəskin addımlar atacaqlarını bildiriblər.
Hətta erməni əsilli ifaşı Şer də ABŞ-dən köçəcəyini vurğulayıb.
Respublikaçılar hakimiyyətə gəlsələr, ölkədən gedəcəklərinə and içən məşhurların siyahısı uzun olsa da, onlardan heç biri hələ də bu addımı atmayıb.
Aktyor Riçard Gir artıq Konnektikutdakı evini 11 milyon dollara satıb və daimi yaşamaq üçün İspaniyaya getməyə hazırlaşır.
Onun həmkarı Barbra Streyzand bir il əvvəl köçkün olmaq arzusunu bildirib. Hamı onun vədinə əməl edib-etməyəcəyini gözləyir.
Aktrisa jurnalistlərin "Trampın prezidentliyinə münasibətiniz necədir?" sualına belə cavab verib:
"Bu adam prezident olarsa, mən ABŞ-da yaşaya bilməyəcəyəm".