Millinin futbolçusu 22 yaşında öldü

Millinin futbolçusu 22 yaşında öldü

12-11-2024, 12:34
-

A

+

Ekvador millisinin və LDU klubunun 22 yaşlı futbolçusu Marko Anqulo vəfat edib.

Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oyunçu avtomobil qəzasından sonra həyatını itirib.

Futbolçu oktyabrın 7-də qəzaya düşüb. 

Anqulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Avtomobildə olan 2 nəfər ölsə də, oyunçu xəstəxanay aparılıb. O, bir ay xəstəxanada yatdıqdan sonra, ötən gün həyatını itirib. 

Qeyd edək ki, M.Anqulo Ekvador millisində 2 oyun keçirmişdi.


yuxarı