A
+Türkiyədə maraqlı hadisə baş verib.
Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, Kırklarelinin Vize mahalının Kıyıköy qəsəbəsindən dənizə çıxan balıqçının toruna nəsli kəsilmək təhlükəsi ilə üzləşən nərə balığı düşüb.
Balıqçı nərə balığını əlinə alaraq bir müddət ona süni tənəffüs verib. Daha sonra isə dənizə buraxıb.
Həmin anın görüntüləri mobil telefonla qeyd edilib.