A
+Almaniya kanslerinin müavini, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek Portuqaliyadan qayıdarkən təyyarəsinin xarab olması səbəbindən gecəni Lissabonda keçirməli olub.
Söz.az DPA xəbər agentliyinə istinadən xəbər verir ki, təyyarənin uçuşuna icazə verilməməsinə səbəb, mühərriklərindən birinin qoruyucusunun partlaması olub.
Nazir Habekin bu gün Berlinə dönəcəyi gözlənilir.
Qeyd edək ki, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada prezident Frank-Valter Ştaynmayer, baş nazir Olaf Şolts, xarici işlər naziri Annalena Baerbok və digər hökumət üzvlərinin istifadəsinə ayrılan təyyarələrin tez-tez xarab olması diqqət çəkir.
Təyyarələrin nasazlığı ölkədə komediya proqramlarının əsas mövzularından biridir.