“Louis Vuitton” mağazası qarət olundu

“Louis Vuitton” mağazası qarət olundu

13-11-2024, 15:38
-

A

+

Naməlum şəxslər Parisin mərkəzində yerləşən “Louis Vuitton” moda evinə məxsus butiki qarət ediblər.

Söz.az RFİ-yə istinadən xəbər verir ki, noyabrın 11-də səhər saatlarında avtomobildə olan oğrular Sen-Jermen bulvarında mağazanın vitrinini sındıraraq oraya daxil olublar. Mağazadan bir neçə dəri məmulatı oğurlanıb.

Paris prokurorluğundan bildirilib ki, hazırda şübhəli şəxslərdən həbs olunan yoxdur. 



yuxarı